İsko karyerasını İngiltərə və ya ABŞ-da davam etdirə bilərbackend

İsko karyerasını İngiltərə və ya ABŞ-da davam etdirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yarımmüdafiəçi İsko İngiltərə Premyer Liqası və ABŞ-ın Əsas Futbol Liqası klublarının diqqət mərkəzinə düşüb.

Bu barədə AS məlumat yayıb.

Məlumata görə, “Real Madrid”ın keçmiş oyunçusu karyerasını “Vulverhempton” və ya “Los-Anceles Qelaksi”də davam etdirə bilər.

Bu klublar futbolçu ilə maraqlanır.

İspaniyalı daha əvvəl “Sevilya” ilə müqaviləsini pozub. İsko klubun idman direktoru Monçi ilə konfliktə və əndəlusluların İspaniya çempionatının turnir cədvəlindəki mövqeyinə görə komandanı tərk edə bilər.

Xatırladaq ki, İsko ötən yay “Sevilya”nın futbolçusu olub. Otuz yaşlı futbolçu klubun heyətində ümumilikdə 19 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.