Qonşu Gürcüstanın Kutaisi şəhərinin mərkəzində yanğın baş verib.
İnterpress.az-ın Gürcüstan təmsilçisi xəbər verir ki, Qalaktion Tabidze küçəsində yerləşən “Ayeti” oteli yanır.
Yanğın dördmərtəbəli binanın çardağında baş verib.
Hadisə yerində yanğınsöndürmə briqadaları işləyir.
Polis ətrafı bağlayıb. Otelin qonaqları evakuasiya edilib.






