Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 25 nəfər ölüb, 26 nəfər hələ də itkin düşmüş sayılır.
Bu barədə Filippinin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şura bildirib.
Təbii fəlakət ölkənin səkkiz rayonunda 393 mindən çox insana zərər vurub. 81,4 min məcburi köçkün 292 təxliyyə məntəqəsindədi.