Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ilə MHP lideri Dövlət Baxçalı arasında müzakirə olunacaq məsələlər açıqlanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Onların siyasi və Xalq Alyansının işi ilə bağlı önəmli mövzuların müzakirə edəcəyi nəzərdə tutulur.
Prezident Ərdoğan və MHP lideri Dövlət Baxçalı sonuncu dəfə dekabrın 13-də MHP liderinin Çayyoludakı iqamətgahında görüşüb.
Ərdoğan görüşdən əvvəl Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçiriləcək “1 milyon Məşğulluq Layihəsi” ictimai məlumatlandırma proqramına qatılacaq.