Dünyanın ən böyük hərrac evləri 18 milyard dollar gəlir əldə edibbackend

Dünyanın ən böyük hərrac evləri 18 milyard dollar gəlir əldə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın 3 ən böyük hərrac evi olan “Christie`s”, “Sotheby`s” və “Phillips”in 2022-ci ildə satışları rekord həddə – 18 milyard dollara çatıb.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Belə ki, “Christie`s”in satışları 8,4 milyard dollar, “Sotheby`s”in 8 milyard, “Phillips”in isə 1,3 milyard dollar təşkil edib. “Christie`s” hərrac evi incəsənət bazarının bütün tarixində satış rekordu vurub.