Rusiyalı oliqarxlar 2022-ci ildə Ukraynadakı müharibə səbəbindən 92,6 milyard dollar itiriblər.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, fevralda ən zəngin rusiyalıların ümumi sərvəti 46,6 milyard dollar azalıb. Qərb dövlətlərinin anti-Rusiya sanksiyalarını tətbiq etməsindən sonra onlar daha 47 milyard dollar itiriblər.