Monteneqro Prezidenti Milo Cukanoviç dekabrın 30-da Türkiyəyə işgüzar səfər edəcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İstanbulda iki ölkənin liderləri arasında keçiriləcək görüşdə Türkiyə ilə Monteneqro arasında ikitərəfli münasibətlər və əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Ərdoğanla Cukanoviç regional və beynəlxalq məsələlər, xüsusilə Balkan regionu ilə bağlı fikir mübadiləsi aparacaq.