Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin məhkəməsi dekabrın 30-da Tbilisi şəhər məhkəməsində keçiriləcək.
İnterpress.az xəbər verir ki, hakim Qiorqi Arevadzenin qərarına əsasən, Mixail Saakaşvilinin növbəti məhkəməsi saat 15:00-a təyin edilib.
Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze məhkəməyə prosesin gündəlik rejimdə keçirilməsi barədə vəsatət təqdim edib.
“Bilirsiniz ki, Saakaşvili ilə bağlı beynəlxalq tibbi məhkəmə-tibbi ekspertiza rəyi hazırlanıb və orada onun səhhətinin son dərəcə ağır olduğu terminologiyası qeyd olunub. Səhhətinin pisləşməsi onun ölümünə səbəb ola bilər. Biz məhkəmədən xahiş edirik ki, hər gün bir az vaxt ayırsın. Bizim xahişimiz odur ki, bu işi bir neçə prosesdə başa çatdıra bilək, əks halda xəstənin səhhəti hər gün pisləşəcək”, – Şalva Xaçapuridze bildirib.