Cənubi Koreyada yanğın: 44 avtomobil külə döndübackend

Cənubi Koreyada yanğın: 44 avtomobil külə döndü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyada tuneldə baş verən yol qəzasında 5 nəfər ölüb, 37 nəfər yaralanıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Belə ki, Cənubi Koreyanın paytaxtı Seulun cənubunda yerləşən Qvaçeonda yerli vaxtla saat 13:49-da tuneldə yanğın baş verib.

Baş verən yanğında 44 avtomobil yanaraq külə dönüb.

Hadisə yerinə xeyli sayda polis, təcili yardım, yanğınsöndürən maşınları, 219 yanğınsöndürən və helikopter göndərilib.

Alov sürətlə yayıldığı üçün ərazi qatı tüstüyə bürünüb.

Yanğının avtobusla yük maşınının toqquşması nəticəsində baş verdiyi bildirilib.