“Estoniya hökuməti Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya təhvil verilməsi prosesinə başlayır, çünki Avropa Komissiyası bu aktivlərdən istifadə edib-etməmək barədə qərar verməkdə heç bir irəliləyiş əldə etmir”.
“Report” xəbər verir ki, bunu Estoniya Respublikasının xarici işlər naziri Urmas Reinsalu bəyan edib.
“Avropa ölkələri Avropa Komissiyasına Ukraynaya kömək etmək və bərpa etmək üçün dondurulmuş aktivlərin istifadəsinə imkan verəcək hüquqi sxem hazırlamağı tapşırıblar. Amma hələlik bu məsələdə konsensus əldə olunmayıb. Biz bunu hökumətlə müzakirə etdik və qərara gəldik ki, paralel olaraq bu pulların istifadəsinə imkan verəcək hüquqi strukturun yaradılmasına başlayacağıq”- deyə, o bildirib.
Onun sözlərinə görə, hökumətin belə bir qərarı beynəlxalq hüquq baxımından presedent olacaq.