“BMT-nin baş katibi müxtəlif İran rəsmiləri ilə bağlı qapılar arxasında müzakirələr aparır”.
Bu barədə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik İrandakı ümumxalq etirazlarının hazırkı vəziyyəti ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Tehran hökuməti məsələnin hüquqi müstəvidə həllinə səy göstərməli və xüsusən də qadın və qızların hüquqları ilə bağlı problemləri aradan qaldırmalıdır:
“BMT-nin baş katibi Antonio Quterreş İranda etiraz aksiyaları başladığı gündən dediyi eyni fikri təkrar edirəm: Bu, insanların dinc nümayiş keçirmək hüququnun təmin edilməisidir. Bu mövzuda baş katib birbaşa İranın müxtəlif liderlərinə öz mesajlarını çatdırıb və biz bunu etməyə davam edəcəyik. BMT bu məsələ ilə bağlı açıq şəkildə bəyanatlar verir. Baş katib eyni zamanda müxtəlif İran rəsmiləri ilə də bağlı qapılar arxasında müzakirələr aparır”.