Türkiyədə bu gün ilin ilk hökumət iclası keçiriləcək.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Nazirlər Kabinetinin 2023-cü ilin ilk iclası bu gün Beştəpədə keçiriləcək.
Türkiyə Prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda inflyasiya ilə mübarizədə yeni ildə atılacaq addımlar da müzakirə olunacaq.