Müəmmalı sosial vəziyyət: “Minimum maaşın əhatə zonası bəlli deyil”backend

Müəmmalı sosial vəziyyət: “Minimum maaşın əhatə zonası bəlli deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səhiyyə sistemində də son 3 ildə məvacib sistemi vahid-tarif cədvəlindən fərqli sistemlə tənzimlənməyə başlanıb”.

İnterpress.az xəbər verir ki, bu sözləri minimum əməkhaqqı və vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqqı artımının 700 min nəfəri əhatə edəcəyi ilə bağlı məlumata münasibət bildirən iqtisadçı Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, qeyri-şəffaflıq ilk növbədə ordan başlayır ki, büdcədən maliyyələşən təşkilatlarda və müxtəlif publik hüquqi şəxslərdə nə qədər insanın çalışdığı ümümiyyətlə açıqlanmır:

“Büdcədən maliyyələşən təşkilatlarda çalışanların böyük əksəriyyətinin minimum tarif, vəzifə və ya qulluq maaşı ilə rəsmi təsdiqlənən minimum əməkhaqqı arasında əlaqə çoxdan kəsilib. Məsələn, ən böyük işçi kontingentnə sahib olan təhsil sistemində 2016-cı ildən bu əlaqə yoxdur. Hazırda ən aşağı staja malik orta məktəb müəlliminin minimum məvacibi ölkə üzrə minimum maaşdan yüksəkdir. Məmur, hərbi və hüquq-mühafizə sistemində də vəzifə, qulluq və xidmət maaşları üçün baza maaşı rəsmi minimum əmək haqqı deyil. Səhiyyə sistemində də son 3 ildə məvacib sistemi vahid-tarif cədvəlindən fərqli sistemlə tənzimlənməyə başlanıb. Bəs vahid-tarif cədvəli əsasında əməyi ödənilən sahələr hansılardır? Yalnız mədəniyyət-incəsənət sahəsində və bəzi elmi-tədqiqat qurumlarında çalışan çox da böyük saya malik olmayan büdcə işçilərimi? Bu sualların cavabı yoxdursa, deməli minimum maaşın əhatə zonası da bəlli deyil və belə qeyri-şəffaf mühitdə minimum əmək haqqının hətta 25-30%-lik artımının belə real təsirlərindən danışmağın mənası qalmır”.