Co Bayden və Lula da Silva telefonla danışıblarbackend

Co Bayden və Lula da Silva telefonla danışıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə telefonla danışıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Baydenin Lula da Silva ilə telefon danışığında ABŞ-ın Braziliya demokratiyasına və Braziliya xalqının azad iradəsinə dəstəyini çatdırdığı bildirilib.

Bayden Braziliyada demokratik təsisatlara qarşı zorakı hücumu pisləyib və əlavə edib ki, iki lider iqlim dəyişikliyi, iqtisadi inkişaf, sülh və təhlükəsizlik də daxil olmaqla, qarşılaşdıqları problemlərə qarşı birlikdə mübarizə aparmağa söz veriblər.

Baydenin ümumi gündəmi qiymətləndirmək üçün fevralın əvvəlində Lula da Silvanı paytaxt Vaşinqtona dəvət etdiyi və Braziliya prezidentinin də bu dəvəti qəbul etdiyi açıqlanıb.