Əfqanıstandan Türkiyəyə qeyri-qanuni yollarla daxil olan 227 qanunsuz miqrant ölkələrinə deportasiya ediləcək.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Qeyri-qanuni immiqrantlar pasportların rəsmiləşdirilməsindən sonra çarter reysi ilə Əfqanıstanın paytaxtı Kabilə göndəriləcək.
2022-ci ilin yanvar ayından bəri 6326 qeyri-qanuni miqrant ölkələrinə göndərilib.