Qazaxıstanda təbii qaz partlayışı: 3 nəfər ölübbackend

Qazaxıstanda təbii qaz partlayışı: 3 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Karaqandı şəhərində mənzildə təbii qazın partlaması nəticəsində 3 nəfər ölüb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Hadisə şəhərin Respublika küçəsində 16 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə baş verib.

Partlayışdan sonra qaçan zaman 3-cü mərtəbədən yıxılan bir nəfər yaralanıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Mənzildən 2-si uşaq olmaqla 11 nəfər təxliyə edilib.