Yaponiyanın paytaxtı Tokionun cənubunda yerləşən Oqasavara adasında 6,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Zəlzələ yerli vaxtla saat 13:55-də Oqasavara şəhərinin qərb sahilində 6,1 bal gücündə qeydə alınıb.
İnzibati cəhətdən Tokioya bağlı olan Oqasavara adası paytaxtdan 1000 kilometr cənubda yerləşir.