Rusiyanın hipersəs raketli gəmisi Çin və Cənubi Afrika ilə təlimlərdə iştirak edəcəkbackend

Rusiyanın hipersəs raketli gəmisi Çin və Cənubi Afrika ilə təlimlərdə iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni nəsil hipersəs kruiz silahları ilə təchiz edilmiş Rusiya hərbi gəmisi fevralda Çin və Cənubi Afrika donanmaları ilə birgə təlimlərdə iştirak edəcək.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Adı açıqlanmayan mənbə “Admiral Qorşkovun” Suriyanın Tartus şəhərindəki logistik dəstək məntəqəsinə gedəcəyini, daha sonra Çin və Cənubi Afrika donanmaları ilə birgə dəniz təlimlərinə qatılacağını açıqlayıb.

Bildirilir ki, freqatda olan “Zirkon” raketləri min kilometrdən çox hədəfə atılır və səsdən 9 dəfə daha sürətli hərəkət edə bilir.

Cənubi Afrika Milli Müdafiə Qüvvələri fevralın 17-dən fevralın 27-dək Durban və Riçards Bay liman şəhəri yaxınlığında keçiriləcək təlimlərin “Cənubi Afrika, Rusiya və Çin arasında onsuz da inkişaf edən münasibətləri gücləndirmək” məqsədi daşıdığını açıqlayıb.