Aİ İrana qarşı yeni sanksiyaları qəbul edibbackend

Aİ İrana qarşı yeni sanksiyaları qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhsa Əmininin ölümündən sonra keçirilən aksiyalara müdaxilə etdiklərinə görə 18 iranlı şəxs və 19 təşkilat sanksiya siyahısına əlavə edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Vaşinqtondan İranın bəzi yüksək səviyyəli rəsmilərinə sanksiya qərarı verilib.

Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaları genişləndirib. 18 şəxs və 19 təşkilata qarşı sanksiya tətbiq edilməsi barədə qərar qəbul edilib.

Sanksiyaya məruz qalan şəxslər arasında İranın gənclər və idman naziri, deputatlar, qubernatorlar, dövlət mediasının əməkdaşları, İran İnqilabı Keşikçiləri Ordusunun bəzi yüksək rütbəli məmurları var.

Bu qərarla Avropa Birliyinin sanksiya tətbiq etdiyi iranlıların sayı 164-ə, təşkilatların sayı isə 31-ə yüksəlib.