Filippində hərbi təyyarə qəzaya uğrayıb, ölənlər varbackend

Filippində hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippində hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Şahidlərin bildirdiyinə görə, iki nəfərlik “SF-260 TP Marchetti” təyyarəsi havaya qalxdıqdan 40 dəqiqə sonra Manilanın qərbində, Bataan əyalətində düyü tarlasına düşüb.

Hazırda qəzanın səbəbləri araşdırılır.