Mersinin Tarsus rayonunda evdə yanğın olub.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Yanğından xilas olmaq üçün evin damına çıxan 5 uşaq üçün təhlükə anlar yaşanıb.
Onlar yanğınsöndürənlər tərəfindən xilas edilib.
Yanğın nəticəsində evə ziyan dəyib, yanğın söndürülüb.
Uşaqların valideynlərinin hadisə zamanı evdə olmadığı müəyyən edilib.