Türkiyədə avtomobil metronun tikildiyi əraziyə düşüb
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Bursanın Nilüfer səmtində metro xəttinin tikinti sahəsində qazılan 3 metr dərinlikdə çuxura avtomobilin düşməsi nəticəsində sürücü yaralanıb.
Maşında yaralı halda qalan sürücü təxminən 30 dəqiqədən sonra çıxarılıb.
O, Bursa Şəhər Xəstəxanasına aparılıb.