Britaniya kəşfiyyatı: “Rusiyada növbəti səfərbərlik ehtimalı yüksəkdir”backend

Britaniya kəşfiyyatı: “Rusiyada növbəti səfərbərlik ehtimalı yüksəkdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Rusiyada səfərbərliyin növbəti dalğasının elan olunması ehtimalı yüksək olaraq qalır”.

İnterpress.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiyanın hərbi-siyasi rəhbərliyi bir tərəfdən daxili narazılığı minimuma endirməyə çalışır, digər tərəfdən isə Ukraynanın gözlənilən əks-hücum əməliyyatlarının qarşısını almağa səy göstərir.

Məlumatda həmçinin vurğulanıb ki, Rusiya orduda şəxsi heyətin sayını arıtrmaq üçün yollar axtarır.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu da Rusiyada səfərbərliyin növbəti dalğasının gözlənildiyi barədə məlumat yayıb.