Kocaelinin Dilovası rayonunda fabrikdə kimyəvi maddədən zəhərlənən 2 nəfər həyatını itirib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Çərkeşli rayonunda fəaliyyət göstərən kimya fabrikində iki nəfər huşsuz vəziyyətdə tapılıb.
Kimyəvi maddədən zəhərləndiyi ehtimal edilən 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.