Qumarbazlar iş başında tutuldubackend

Qumarbazlar iş başında tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Kocaelinin Çayırova rayonunda qumar oynadığı aşkarlanan 4 nəfər cərimələnib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

İctimai əyləncə və istirahət yerlərində aparılan yoxlamalarda O.K-ya məxsus iş yerində qumar oynanıldığı müəyyən edilib.

4 nəfərə cərimə tətbiq edilərkən, qumardan əldə edildiyi hesab edilən 4 min 130 lirə müsadirə edilib.

İş yerinin sahibi barəsində qanuni tədbir görülüb.