ABŞ-da qaradərili Nikolsun ölümündə daha 1 polis vəzifəsindən uzaqlaşdırılıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
ABŞ-ın Tennessi əyalətində qaradərili Tire Nikolsun yanvarın 7-də polis tərəfindən döyülməsi və 3 gün sonra aparıldığı xəstəxanada ölməsi səbəbindən vəzifəsindən uzaqlaşdırılan polis məmurlarının sayı 6-ya yüksəlib.
Polis məmuru Preston Hepmhill ödənişsiz inzibati məzuniyyətə göndərilib.
Qeyd edək ki, sosial mediada əks olunan görüntülərdə qaradərili Nikolsun saxlandığı müddətdə polis tərəfindən şiddətlə döyüldüyü görünür.
Nikolsu döyən polis bölməsi həmişəlik ləğv edilib.