Dünyanın ən kök uşağı 114 kilo arıqlayıbbackend

Dünyanın ən kök uşağı 114 kilo arıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən kök uşağı 114 kilo arıqlayıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Doqquz yaşında təxminən 200 kiloqram çəki ilə dünyanın ən ağır uşağı olan indoneziyalı Aria Permana 114 kiloqram arıqlayıb.

Mədə kiçiltmə əməliyyatından sonra ciddi idman və rejim proqramına əməl edən Permananın bu gün 16 yaşı və 82 kilosu var.

Aria Permana dünyanın ən kök uşaq rekorduna sahib olub.