Türkiyədə Konstitusiya Məhkəməsinə yeni sədr seçiləcək.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Fevralın 13-də sədr Zühtü Arslanın səlahiyyət müddəti bitdiyi üçün yeni sədr seçkiləri keçiriləcək.
Konstitusiya Məhkəməsinin üzvləri yeni sədri gizli səsvermə yolu ilə müəyyən edəcəklər.
Zühtü Arslanın ikinci 4 illik səlahiyyət müddəti 13 fevral 2019-cu ildə başlayıb.