Efiopiyanın Somali bölgəsində 15 xarici KİV-in fəaliyyəti dayandırılıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
BBC Somali, MM TV, Universal TV, Horyaal TV, RTN TV, Universal TV, Five TV, Sahan TV, Horn Cable TV və Goobjoog TV fəaliyyəti dayandırılan media qurumları arasındadır.
Qeyd edək ki, Efiopiyanın şimalındakı Tiqray bölgəsində 2020-ci ilin noyabrında başlayan 2 illik münaqişə zamanı 63 jurnalist və media işçisi saxlanılıb.






