Tehranda rəqs edən iranlı cütlük 10 il həbs cəzasına məhkum edilibbackend

Tehranda rəqs edən iranlı cütlük 10 il həbs cəzasına məhkum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran məhkəməsi Tehranın əsas görməli yerlərindən birinin qarşısında rəqs edən gənc cütlüyə 10 ildən çox həbs cəzası verib.

Bu barədə İnterpress.az yerli sosial mediaya istinadən xəbər verir.

20 yaşında olan Astiyazh Haghighi və onun nişanlısı Əmir Məhəmməd Əhmədi noyabrın əvvəllərində Azadi Qülləsinin qarşısında romantik rəqs edərkən çəkilən videonun internetdə yayılmasından sonra həbs edilib.

Haqihi İran qaydalarına zidd olaraq hicab taxmayıb.

Ölkədəki qaydalara görə, qadınların kişi ilə ictimai yerlərdə rəqs etməsi də qadağandır.