“Terror aktının törədildiyi ilk gündə özünü “dost” kimi göstərməyə çalışan İran rejiminin ritorikası və taktikası dəyişir”.
İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.
O bildirib ki, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf hücumun terror aktı kimi dəyərləndirilməsinə görə Azərbaycana “xəbərdarlıq” ünvanlayıb və bunun “sionistlərə xeyir verdiyi” kimi klassik iddialar səsləndirib.
Ekspertin sözlərinə görə, artıq media üzərindən “hücumu Azərbaycan tərəfi təşkil edib” kimi absurd iddialar irəli sürülür.
Siyasi şərhçi qeyd edib ki, terrorçu Yasin Hüseynzadənin “Azərbaycanla bağlılığına” haqda uydurmalar ortaya atılır.
A.Nərimanlı vurğulayıb ki, İranın sərgilədiyi mövqe bu terror aktının Bakı-Tehran xəttində qırılma nöqtəsi olacağı gözləntisini önə çıxarır.