Kuryerlər aksiya keçiribbackend

Kuryerlər aksiya keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Volt” kuryerləri tətil elan edərək proqramı bağlayıblar.

İnterpress.az xəbər verir ki, məlumata görə, buna səbəb iş şəraitlərinin yaxşılaşdırılması tələbi olub.

Məlumata görə, kuryerlər Tbilisinin Azadlıq meydanına toplaşaraq maaşlarının və tarifin artırılmasını tələb edirlər.

Özlərinin izahatına görə, onlar “Volt”un rəhbərliyi ilə də görüşüblər, lakin aralarında razılıq əldə olunmayıb.

“Bizim xahişimiz tariflərin artırılmasıdır. Daha çox boşluqlar var, bunun nəticəsində biz gəlir itiririk. Onsuz da aşağı göstəricimiz var və gəlirimiz yoxdur. Kilometrlərlə səhvlər baş verir, bizə aylardır deyirlər ki, düzəldəcəklər, amma uzun müddətdir düzəldilməyib. Rəhbərlikdən heç bir cavab gəlməyib”, – deyə kuryerlərdən biri bildirib.