Türkiyədə ötən gün səhər saatlarında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 6 957-yə çatıb.
Bu barədə İnterpress.az yerli KİV-ə istinadən xəbər verir.
Məlumata görə, zəlzələdə yaralananların sayı isə 38 224 nəfərə çatıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ olub.