Yaponiya Türkiyəyə zəlzələ ilə bağlı yardımını artıracaqbackend

Yaponiya Türkiyəyə zəlzələ ilə bağlı yardımını artıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın baş naziri Kişida Fumio Yaponiya hökumətinin Kahramanmaraşdakı zəlzələlər üçün Türkiyəyə yardımı artıracağını bildirib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Yaponiya hökumətinin Türkiyəyə xilasetmə qrupları göndərdiyini xatırladan Kisida, yerli əhalinin ehtiyaclarına uyğun olaraq lazımi yardımı artırmağı nəzərdən keçirdiklərini bildirib.

Zəlzələnin vurduğu ziyanla bağlı məlumat toplamağa davam edəcəklərini bildirən Kisida, bölgədə yaşayan yaponlara dəyən ziyanla bağlı məlumat almadıqlarını bildirib.