Avstraliyanın Viktoriya əyalətinin administrasiyası Türkiyədə və Suriyada zəlzələdən zərər çəkənlərə 1 milyon dollar yardım ayırıbbackend

Avstraliyanın Viktoriya əyalətinin administrasiyası Türkiyədə və Suriyada zəlzələdən zərər çəkənlərə 1 milyon dollar yardım ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın Viktoriya əyalətinin administrasiyası Türkiyədə və Suriyada zəlzələdən zərər çəkənlərə 1 milyon dollar yardım ayırıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Bildirilib ki, artıq bununla bağlı Viktoriya əyalətinin baş naziri Daniel Endryus qərar qəbul edib.

Məlumata görə, həmçinin hər iki ölkəyə həmrəylik nümayiş etdirmək üçün Əyalətdəki əhəmiyyətli binaları ağ rənglə işıqlandırılır.

Sidney Opera Evi də həmrəylik məqsədilə ağ rənglə işıqlandırılıb və binanın üzərinə yas mərasimini əks etdirən qara lent çəkilib.

Avstraliya Federal Hökuməti daha əvvə ilk mərhələdə 10 milyon dollar yardım edəcəyini açıqlayıb.