İndoneziyada zəlzələ olub, ölənlər varbackend

İndoneziyada zəlzələ olub, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyada 5,1 bal gücündə zəlzələ nəticəsində 4 nəfər ölüb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

ABŞ Geoloji Xidməti (USGS) bildirib ki, bölgədə bəzi binalara və səhiyyə ocaqlarına ziyan dəyib.

Qeyd edək ki, İndoneziyanın Aceh bölgəsində 2004-cü ildə baş verən zəlzələdən sonra təxminən 170.000 insan həyatını itirib.

28 sentyabr 2018-ci ildə Sulavesi adasındakı Palu körfəzində baş verən 7,5 bal gücündə zəlzələ və sunami; Donqala, Palu, Sigi bölgələrinə təsir edib və 4340 nəfər həyatını itirib.

21 noyabr 2022-ci ildə İndoneziyanın Qərbi Yava əyalətinin Ciranjang şəhərindən 18 kilometr cənub-qərbdə baş verən 5,6 bal gücündə zəlzələdə 331 nəfər həyatını itirib, 600-ə yaxın insan yaralanıb.

“Sakit okean od halqası” adlanan zəlzələ və vulkanik qurşağında yerləşən İndoneziya dünyada təbii fəlakətlərdən ən çox zərər çəkən ölkələrdən biridir.