Türkiyədə episentri Kahramanmaraşda qeydə alınan, xeyli sayda insan tələfatı və genişmiqyaslı dağıntılarla nəticələnən zəlzələ nəticəsində həlak olanlar dəfn olunur.
İnterpress.az xəbər verir ki, dağıntılar altından çıxarılan cəsədlər “Zəlzələ qurbanları məzarlığı”nda torpağa tapşırılır.
Qeyd edək ki, Türkiyədə ötən baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 19 388-ə çatıb.
Zəlzələdə yaralananların sayı isə 77 711 nəfərə çatıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ olub.