Türkiyədə zəlzələ bölgəsinə gələn Çinli xilasedici İslamı qəbul edibbackend

Türkiyədə zəlzələ bölgəsinə gələn Çinli xilasedici İslamı qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə xeyli sayda insan tələfatı və genişmiqyaslı dağıntılarla nəticələnən zəlzələnin baş verdiyi bölgəyə gələn çinli xilasedici İslamı qəbul edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belə ki Malatyada axtarış-xilasetmə işlərinə qatılan çinli Jun Cang müsəlman olaraq Yusif adını götürüb.

Qeyd edək ki, zəlzələlərdən zərər çəkmiş əyalətlərdən biri olan Malatyaya gələn Çin Xalq Respublikasının axtarış-xilasetmə qrupu axtarış-xilasetmə işlərini davam etdirir.

Çin axtarış-xilasetmə qrupuna rəhbərlik edən Jun Cang dağıntılar altında Quranı görüb və onu çıxararaq komandasından Sinan Kaçmaza verib.

Kaçmaz isə dağıntılar altından çıxan Quranı Canqa hədiyyə etmək qərarına gəlib.