Türkiyədə yağan güclü qar nəticəsində bir sıra ərazilərdə fəsadlar yaranıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Güclü qar səbəbindən Ərdahan, Ərzurum və Qarsda 89 kənd yolunda nəqliyyatın hərəkəti dayandırılıb.
Hazırda yollarda hərəkətin bərpası üçün iş aparılır.






