Kahramanmaraşın Göksun rayonunda 4,6 bal gücündə yeraltı təkanlar baş verib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra yeraltı təkanlar davam edir.
Saat 09:25-ə olan məlumata görə, şəhərdə 7 afterşok qeydə alınıb ki, onların da ən böyüyü son bir saatda 4,6 olub.
Zəlzələ yerin təxminən 12,3 kilometr dərinliyində baş verib.