Qərbi Afrika ölkələrindən olan Nigeriyada difteriya epidemiyasında həyatını itirənlərin sayı 40-a yüksəlib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) məlumatına görə, difteriya epidemiyası 2022-ci ilin dekabrından ölkənin 5 ştatında yayılıb.
Həmin müddət ərzində ştatlarda 523 şübhəli difteriya hadisəsi olub və 216-nın testi müsbət çıxıb.
Yoluxucu xəstəlik ölümlə nəticələnə bilər.