ABŞ-ın Missuri ştatında məhkəmə qətlə görə ömürlük həbs cəzasına məhkum edilən və 28 ildir həbsdə olan şəxsin hökmünü ləğv edib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Hakim Devid Meyson sədrliyi ilə keçirilən iclas zamanı məhkumum günahsızlığı sübut edilib və o, bəraət alıb.
Qərarla 50 yaşlı Lamar Conson məhkəmə binasındakı məhkəmə prosesinin ardından sərbəst buraxılıb.
Conson hakimə və onun işində əməyi keçən hər kəsə təşəkkür edib.