Rusiyanın İrkutsk vilayətinin Mamonı kəndində ikimənzilli taxta evdəki yanğında 5 nəfər həlak olub.
Bu barədə İrkutsk vilayəti üzrə Rusiya Fövqəladə Hallar Nazirliyi Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Xilasetmə qurumu ölənlərdən 3-nün kişi, 2-nin qadın olduğunu açıqlayıb.
Qeyd olunub ki, hazırda yanğın söndürülüb, onun sahəsi 48 kvadrat metr təşkil edib.
Faktla bağlı araşdırma aparılır.