Son sutka ərzində dünya üzrə koronavirus infeksiyası səbəbindən ölən şəxslərin sayı məlum olub.
Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.
Belə ki, son sutka ərzində dünyada koronavirus aşkarlanmış 1618 nəfər vəfat edib.
Qeyd edək ki, ötən gün dünya üzrə koronavirusdan cəmi 1655 ölüb, ondan əvvəl 915 nəfər, daha əvvəl isə ölənlərin sayı cəmi 47 nəfər idi.