Türkiyədə zəlzələdən xilas olan 7 nəfər yanğında öldübackend

Türkiyədə zəlzələdən xilas olan 7 nəfər yanğında öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Konya şəhərində fərdi yaşayış evinin damının uçması nəticəsində fevralın 6-da baş verən güclü zəlzələlərdən zərər çəkmiş 7 xarici ölkə vətəndaşı həyatını itirib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Bildirilib ki, Yediler Mahallesi Sırrıağa küçəsində, biri qonaq olan iki suriyalı ailənin qaldığı fərdi evdə yanğın baş verib.

Yanğınsöndürənlər Qaziantepin Nurdağı rayonundan şəhərə gələn və zəlzələdən zərərçəkən eyni ailədən 7 nəfərin cəsədini tapıb.

Digər tərəfdən evdə kirayəçi kimi yaşayan ailənin iki üzvü yaralanaraq təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Yanğınsöndürmə briqadası tərəfindən dağıntılar altından çıxarılan cəsədlər Konya Şəhər Xəstəxanası morquna aparılıb.