Venesuela xilasediciləri Türkiyədən ölkələrinə gedibbackend

Venesuela xilasediciləri Türkiyədən ölkələrinə gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güclü zəlzələrdən sonra fəsadların aradam qaldırılması üçün Türkiyəyə köməyə gələn Venesuela axtarış-xilasetmə qrupu İstanbul hava limanından ölkələrinə yola salınıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Zəlzələ bölgələrindən biri olan Adıyamanda 4 axtarış-xilasetmə iti ilə 29 nəfərlik qrup missiyalarını başa çatdırıb.

Venesuela xilasetmə qrupunun lideri Luis Diaz Curbelo deyib: “Biz hər zaman Türkiyənin yanındayıq, ağrılarınızı paylaşırıq. Biz daha çox şey etmək istəyirdik, əlimizdən gələni etdik”.