Türkiyədə Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan keçmiş millət vəkili Sinan Oğan yeni partiya qurur.
Bu barədə İnterpress.az özəl olaraq məlumat əldə edib.
Qardaş Türkiyədə Əslən azərbaycanlı olan siyasətçi Sinan Oğan yeni partiya qurur.
Məlumata görə, partiyanın adı yaxın günlərdə rəsmi şəkildə açıqlanacaq.
Lakin İnterpress.az olaraq əldə etdiyimiz özəl məlumata görə, Sinan Oğanın partiyasının adı “Türkiye İttifakı Partisi” adlanacaq.
Qeyd edək ki, Beynəlxalq Əlaqələr və Strateji Analitika Mərkəzinin (TÜRKSAM) rəhbəri olan Sinan Oğan 12 iyun, 2011-ci il seçkilərində MHP-dən İğdır millət vəkili seçilmişdi. Əslən azərbaycanlıdır. O, MHP daxilində müxalif mövqeyi ilə fərqlənib.