İndoneziyada güclü zəlzələ baş verib.
Bu barədə İnterpress.az yerlu mediaya istinadəm xəbər verir.
Bildirilib ki, yeraltı təkan İndoneziyanın Maluku əyalətinin Key adalarındakı Tual şəhərinin cənub-qərbində 6,1 bal gücündə qeydə alınıb.
Zəlzələnin yerin 38,6 kilometr dərinliyində baş verdiyini bildirib.
Zəlzələdə insan tələfatı və dağıntılar barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, İndoneziyanın Aceh bölgəsində 2004-cü ildə baş verən zəlzələdən sonra təxminən 170.000 insan həyatını itirmişdi.