Aİ Serbiya və Kosovo liderlərini bir araya gətirəcəkbackend

Aİ Serbiya və Kosovo liderlərini bir araya gətirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya prezidenti Aleksandr Vuçiç və Kosovo baş naziri Albin Kurtinin görüşü olacaq.

Bu barədə İnterpress.az xarici mətbuata istinan xəbər veir.

Bildirilib ki, görüş Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellim təşəbbüsü ilə üçtərəfli şəkildə keçiriləcək.

Məlumata görə, Belqrad-Priştina Dialoqunun yüksək səviyyəli görüşü fevralın 27-də Brüsseldə keçiriləcək.

Vuçiç və Kurti görüşdə iştirak edəcəklərini təsdiqləyiblər.

İclasda Kosovo və Serbiya arasında münasibətlərin normallaşdırılması ilə bağlı Aİ-nin təklifləri müzakirə olunacaq.