Ardahanda yağan güclü qar və yolların buz bağlaması səbəbindən nəqliyyatın hərəkətində problemlər yaranıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Şəhərdə axşam saatlarından başlayan qar güclənərək çovğuna çevrilib.
Qar yağandan sonra yollarda buzlanma yaranıb, yüksəkliklərdə isə görmə qabiliyyəti azalıb.